“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Kəlbəcər rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirildi.

News Image

Kəlbəcər rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirildi.

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər rayon Komitəsinin sədri Şəlalə Məmmədova, “Milli Qəhrəman” Hökumə Əliyevanın atası-Cəlil Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, Kəlbəcər Təhsil sektorunun əməkdaşları, Kəlbəcər rayonun məktəbəqədər və ümumi təhsil müəssisələrinin direktorları və müəllimləri, Şəhid ailələri və qazilər iştirak ediblər.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Rəsmi hissə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi , Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsinin inkişafına verdiyi töhfələr, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə təhsilin inkişafı, məktəb infrastrukturunun yenilənməsi və müasir təhsil imkanlarının yaradılması istiqamətində həyata keçirilən tədbirləri əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev müəllimləri təbrik edərək, onların cəmiyyətin formalaşmasında və gələcək nəsillərin yetişdirilməsində mühüm rolunu vurğulayıb. Rayon rəhbəri çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına, müəllim əməyinin yüksək qiymətləndirilməsinə və təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılmasına daim xüsusi diqqət yetirdiyini vurğuladı.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onların təhsil prosesində, şagirdlərin bilik və bacarıqlarının inkişafında, eləcə də milli-mənəvi dəyərlərin gənc nəslə aşılanmasında mühüm xidmətlər göstərdiklərini vurğulayıb. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinin bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, təhsil işçilərinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolundan danışıb. O, müəllim əməyinin daim yüksək qiymətləndirilməsinin, təhsil işçilərinin hüquq və mənafelərinin qorunmasının və onların sosial rifahının diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.  

“Milli Qəhrəman” Hökumə Əliyevanın atası- Cəlil Əliyev şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu, ölkəmizdə təhsilin inkişafına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğuladı.

Çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova müəllimin yalnız bilik və bacarıq aşılayan şəxs deyil, eyni zamanda gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında formalaşmasında mühüm missiya daşıyan ziyalı olduğunu vurğulayıb, 5 Oktyabr - Beynəlxalq Müəllimlər günü münasibəti ilə bütün müəllimləri təbrik edib, xoş arzularını çatdırıb.

Tədbirdə çıxış edən digər şəxlər təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıblar. 

Tədbirdə bir sıra müəllimlər Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

Sonda bədii proqram təqdim olunub. Kəlbəcər rayon musiqi məktəbinin yetirmələri musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

News Image

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil işçiləri ilə keçirilən görüşlər çərçivəsində növbəti görüş Kəlbəcər rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.

Görüşdə çıxış edən ETİHİ Kəlbəcər Rayon Komitəsinin mütəxəssisi Zahid Kazımov müəllimləri 5 0ktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, öz peşə fəaliyyətini böyük məsuliyyət və fədakarlıqla davam etdirən müəllimlərə təşəkkürünü bildirib, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda 2026-cı il sertifikasiya imtahanlarında yüksək nəticə ilə fərqlənən müəllimlərə ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilib.

Əziz müəllimlər, peşə bayramınız mübarək! 

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

News Image

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil işçiləri ilə keçirilən görüşlər çərçivəsində növbəti görüş Kəlbəcər rayon 9 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.

ETİHİ Kəlbəcər Rayon Komitəsinin mühasibi Mənzər İsmayılova müəllimlərlə görüşərək onları 5 0ktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Görüşdə müəllimlərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda 2026-cı il sertifikasiya imtahanlarında yüksək nəticə ilə fərqlənən müəllimlərə ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilib.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayırıq!

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

News Image

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil işçiləri ilə keçirilən görüşlər çərçivəsində növbəti görüş Kəlbəcər rayon 89 nömrəli ümumi orta ümumtəhsil məktəbində təşkil olunub. 

Görüşdə çıxış edən ETİHİ Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova müəllimləri əlamətdar gün münasibətilə təbrik edərək, onların cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Səmimi söhbət və xoş xatirələrlə yadda qalan görüşdə müəllim əməyinə verilən yüksək dəyər bir daha ifadə olunub.

Sonda 2026-cı il sertifikasiya imtahanlarında yüksək nəticə ilə fərqlənən müəllimlərə ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilib.

Bütün müəllimlərimizi peşə bayramı münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

News Image

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil işçiləri ilə keçirilən görüşlər çərçivəsində növbəti görüş Kəlbəcər rayon 63 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. 

Tədbirdə ETİHİ Kəlbəcər Rayon Komitəsinin mütəxəssisi Zahid Kazımov, komitənin mühasibi Mənzər İsmayılova, məktəbin direktoru və müəllim kollektivi iştirak edib. 

Görüş zamanı müəllim əməyinin cəmiyyətin inkişafında mühüm rolu xüsusi vurğulanıb. Bildirilib ki, müəllim yalnız bilik və bacarıqların formalaşdırılmasında deyil, həm də şagirdlərin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və gələcək həyata hazırlığının inkişafında mühüm rol oynayır. Çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin mütəfəssisi Zahid Kazımov, təhsil işçiləri göstərilən diqqət və qayğı üçün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə öz dərin təşəkkürlərini bildirdilər.

Sonda 2026-cı il sertifikasiya imtahanlarında yüksək nəticə ilə fərqlənən müəllimlərə ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilib.

Bütün müəllimlərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, şərəfli fəaliyyətinizdə möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzulayırıq.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

News Image

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər təbrik edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil işçiləri ilə keçirilən görüşlər çərçivəsində növbəti görüş Kəlbəcər rayon 103 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.

Tədbirdə ETİHİ Kəlbəcər Rayon Komitəsinin sədri, komitənin əməkdaşları, məktəbin direktoru və müəllim kollektivi iştirak edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı və keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil sahəsində əldə olunan mühüm nailiyyətlər dövlətimizin təhsilə göstərdiyi davamlı diqqət və qayğının bariz nümunəsidir. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilin inkişafına göstərdiyi hərtərəfli dəstəyin nəticəsi kimi xüsusi əhəmiyyət daşıyır. 

Sonda 2026-cı il sertifikasiya imtahanlarında yüksək nəticə ilə fərqlənən müəllimlərə ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilib.

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq, peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

27 Sentyabr – Anım Günü” ilə bağlı ümumrayon tədbiri keçirilib.

News Image

27 Sentyabr – Anım Günü” ilə bağlı ümumrayon tədbiri keçirilib.

27 Sentyabr-Anım Günü Kəlbəcər rayonunda  hüzn və qürur hissi ilə qeyd olunmuşdur. Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ETİHİ Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, Komitənin əməkdaşları, idarə, müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri 

rayon sakinləri iştirak etmişdir. Anım gününün iştirakçıları 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etmiş, Ziyarət əsnasında şəhid məzarlarının və şəhid adlarının yazıldığı lövhələrin üzərinə tər çiçəklər düzülmüş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Daha sonra saat 12:00 da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək, xüsusi avtomobillərdən fasiləsiz olaraq fit səsləndirilmişdir. 

27 sentyabr Anım Günü, Azərbaycan xalqının Vətən sevgisini, şəhidlik məqamının ucalığını və milli birliyini yenidən xatırladığı gündür. Bu gün biz, azadlığın necə böyük qurbanlarla əldə olunduğunu anladıqca, bir millət olaraq qürur duyuruq və gələcəyə inamla baxırıq. Şəhidlərimizin göstərdiyi igidlik, millətimizin qəlbində daim yaşayacaq bir ocaqdır, onların xatirəsi hər bir azərbaycanlının ürəyində bir alov kimi yanmağa davam edir. Anım Günü ilə Azərbaycan xalqı bir daha sübut edir ki, Vətən yolunda canını fəda edən qəhrəmanlar heç vaxt unudulmayacaq. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhunuz qarşısında baş əyirik.

Şəhid Mehtiyev Şəhriyar Mübariz oğlunun anım günüdür.

News Image

Şəhid Mehtiyev Şəhriyar Mübariz oğlunun anım günüdür.

ETİHİ Kəlbəcər Rayon Komitəsinin əməkdaşları 22.09.2026- cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda 19 sentyabr 2023-cü il tarixində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan Mehtiyev Şəhriyar Mübariz oğlunun anım günündə iştirak etmiş, adını daşıyan bulaq və ailəsi ziyarət olunmuşdur. 

ETİHİ Kəlbəcər Rayon Komitəsi olaraq Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini daim uca tutur, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyi özünün mənəvi borcu hesab edir.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Kəlbəcər məktəbində təhsil işcisinin 65 illik yubileyi qeyd olunub.

News Image

Kəlbəcər məktəbində təhsil işcisinin 65 illik yubileyi qeyd olunub.

Kəlbəcər rayon 107 nömrəli tam orta ümumtəhsil məktəbində, həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyev Vidadi Xəlil oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, komitənin mühasibi Mənzər İsmayılova, məktəbin direktoru Fazil Alışanov və məktəbin müəllim kollektivi iştirak ediblər.

Şəlalə xanım öz çıxışında Vidadi müəllimin təhsil sahəsində göstərdiyi xidmətlərdən, gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz rolundan, məktəbin ictimai həyatında fəal iştirakından bəhs etmiş, ona möhkəm cansağlığı və uzun ömür arzulamışdır.

Sonda yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən Vidadi Əliyevə Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub. 

Vidadi müəllimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona sağlam can, uzun ömür və xoşbəxtlik arzulayırıq.

Kəlbəcər məktəbində təhsil işcisinin 65 illik yubileyi qeyd olunub.

News Image

Kəlbəcər məktəbində təhsil işcisinin 65 illik yubileyi qeyd olunub.

Kəlbəcər rayon 55 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Həsənov Adil Vahid oğlunun 50 illik yubileyi münasibətilə görüş keçirilib. 

Yubiley münasibətilə keçirilən görüşdə ETİHİ Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova da iştirak edərək Adil müəllimə öz təbriklərini və xoş arzularını çatdırıb. Həmçinin görüşdə komitənin mühasibi Mənzər İsmayılova, məktəbin direktoru və müəllim kollektivi iştirak ediblər. Uzun illərdir təhsil sahəsində çalışan Adil məllim şagirdlərin tərbiyəsi və inkişafında göstərdiyi səmərəli fəaliyyəti, peşəsinə olan sevgisi və məsuliyyətli əməyi yüksək qiymətləndirilib. Görüşdə çıxış edənlər yubilyarı 50 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində uzun ömür arzulayıblar.

Sonda yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi tərəfindən Adil Həsənova Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.

YAP Kəlbəcər rayon təşkilatının X konfransı keçirilib.

News Image

YAP Kəlbəcər rayon təşkilatının X konfransı keçirilib.

YAP Kəlbəcər rayon təşkilatının X konfransı keçirilib

Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının X konfransı keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova da konfransda iştirak edib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Konfransda YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov hesabat məruzəsi ilə çıxış edib. O, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini vurğulayıb. O, Kəlbəcər rayon təşkilatının fəaliyyətini YAP-ın Proqram və Nizamnaməsinin tələblərinə, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun qurduğunu diqqətə çatdırıb. 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. O bildirib ki, məhz uğurlu strategiyanın nəticəsi olaraq Azərbaycanın iqtisadi və siyasi qüdrəti artıb, beynəlxalq müstəvidə mövqeləri möhkəmlənib. Milli Məclisin deputatı Kamran Bayramov YAP-ın daim xalqın mənafeyindən çıxış etdiyini, siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırdığını deyib. O qeyd edib ki, partiya Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərir. YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP veteranı Əli Bağırov və gənclər adından Rəşanə Məmmədova çıxış edərək bildiriblər ki, bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsi istiqamətində fəaliyyət göstərərək müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. 

Konfransda YAP Kəlbəcər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.