“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəLayihələr

Layihələr

Həmkar təqaüdü (Adlı təqaüd)ce652c65-f11b-4401-c05f-08ddf10c8246

Həmkar təqaüdü (Adlı təqaüd)

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) tələbələrin təhsil imkanlarını genişləndirmək, sosial ədaləti təşviq etmək və gənclərin inkişafına dəstək vermək məqsədilə Həmkar təqaüdü (Adlı təqaüd) layihəsini həyata keçirir.


Layihənin məqsədi:

Təhsil prosesində fərqlənən, həmkarlar ittifaqının işində fəal olan və eyni zamanda sosial cəhətdən dəstəklənməyə ehtiyac duyan tələbələrə maddi və mənəvi dəstək göstərmək, onların ali təhsildə iştirakını təşviq etmək və təhsilə tam fokuslanmaları üçün əlverişli mühit yaratmaqdır.


Layihənin əsas istiqamətləri:

sosial cəhətdən həssas qruplardan olan tələbələrə təqaüdlərin verilməsi;

akademik göstəriciləri yüksək olan gənclərin təşviqi;

təhsil müəssisələri üzrə kvotalar əsasında ədalətli seçim;

təqaüdçülərin sosial layihələrə, peşəkar inkişaf tədbirlərinə və ictimai təşəbbüslərə cəlb olunması.


Təqaüd proqramının meyarları:

akademik göstəricilər (müvəffəqiyyət və davamiyyət);

sosial vəziyyət (aztəminatlı ailə, şəhid ailəsi və s.);

fəallıq və ictimai iştirakçılıq;


Hazırda hər tədris dövründə 308 tələbə bu təqaüd proqramından faydalanır. Layihənin başladığı dövrdən etibarən ümumilikdə 3179 tələbə “Həmkar təqaüdü”nə layiq görülüb.


“Həmkar təqaüdü” təhsildə bərabər imkanlar yaratmaq və sosial ədaləti dəstəkləmək məqsədi daşıyır. Bu təşəbbüs gənclərin inkişafına yönəlmiş davamlı və təsirli sosial layihələrdən biridir.

Əmək və sosial təminat hüquqları və həmkarlar işinin təşkili5c4bef7a-a3a9-4ff7-c067-08ddf10c8246

Əmək və sosial təminat hüquqları və həmkarlar işinin təşkili

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) olaraq, təhsil işçilərinin əmək hüquqlarının qorunması, sosial təminatının gücləndirilməsi və həmkarlar işinin səmərəli təşkili məqsədilə davamlı fəaliyyət göstəririk.


Layihənin məqsədi: təhsil işçilərinin əmək və sosial hüquqlarının qorunmasını təmin etmək, onların peşəkar və sosial maraqlarını müdafiə etmək, həmkarlar işinin daha sistemli və effektiv aparılmasını təşkil etməkdir.


Layihə çərçivəsində görülən işlər:

hüquqi maarifləndirmə və seminarlar;

sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi;

həmkarlar təşkilatlarının fəaliyyətinin koordinasiyası və gücləndirilməsi;

təhsil işçiləri üçün məsləhət və dəstək xidmətlərinin təşkili;

əmək və sosial hüquqların qorunması ilə bağlı təşəbbüslərin irəli sürülməsi.


ETİHİ-nin əsas fəaliyyət istiqamətlərindən biri olan bu layihə, təhsil işçilərinin hüquq və rifahının qorunmasında mühüm rol oynayır.

Təhsil işçilərinə psixoloji dəstək491b8534-835a-4349-c066-08ddf10c8246

Təhsil işçilərinə psixoloji dəstək

Təhsil müəssisələrində fəaliyyət göstərən əməkdaşlar peşəkar və şəxsi həyatlarında emosional yüklənmələr və psixoloji çətinliklərlə üzləşirlər. Müəllimdən texniki heyətə qədər bütün təhsil işçiləri gündəlik olaraq stress, yüksək iş yükü, sosial təzyiqlər və şəxsi həyatla bağlı çətinliklərlə qarşılaşırlar.


Bütün bu amillər onların həm sağlamlığına, həm də pedaqoji fəaliyyətin keyfiyyətinə təsir göstərir. Bu səbəbdən ETİHİ tərəfindən “Təhsil işçilərinə psixoloji dəstək” layihəsi həyata keçirilir.


Layihənin məqsədləri:

• təhsil işçilərində stressə qarşı dayanıqlılığı artırmaq;

• peşəkar tükənmə sindromunun (burnout) qarşısını almaq;

• gərgin və konfliktli vəziyyətlərdə effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirmək;

• emosional rifahı gücləndirmək və iş mühitində psixoloji sağlamlıq mədəniyyətini təşviq etmək.


Layihə çərçivəsində həyata keçirilən əsas fəaliyyətlər:

• peşəkar psixoloqların iştirakı ilə seminarların təşkili;

• fərdi və qrup psixoloji konsultasiyaların keçirilməsi;

• praktik vərdişlərə əsaslanan təlimlərin təşkili;

• müxtəlif bölgələrdə yerli təhsil müəssisələrinin cəlb edilməsi ilə resurs mərkəzlərinin yaradılması.


Bu təşəbbüs yalnız nəzəri məlumatların verilməsi ilə məhdudlaşmır. Seminar və konsultasiyalar zamanı təqdim olunan texnikalar təhsil işçilərinin gündəlik həyatında və iş mühitində birbaşa tətbiq oluna biləcək praktik alətlərə əsaslanır.


Sağlam təhsil mühiti sağlam müəllimlərdən başlayır. Bu layihə ilə məqsədimiz təhsil işçilərinin psixoloji rifahını qorumaq və onların peşəkar fəaliyyətini daha davamlı və keyfiyyətli hala gətirməkdir.

“Sinerji” təlim və peşəkar inkişaf proqramı95b77d10-82dc-4d96-c05d-08ddf10c8246

“Sinerji” təlim və peşəkar inkişaf proqramı

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) təhsil işçilərinin müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib olması üçün davamlı inkişafını dəstəkləmək üçün “Sinerji” təlim və peşəkar inkişaf proqramını həyata keçirir.


Layihənin məqsədi: müəllimlərin, təhsil rəhbərlərinin və digər sahə mütəxəssislərinin peşəkar kompetensiyalarını artırmaq, təcrübə mübadiləsini təşviq etmək və yeni tədris yanaşmalarını tətbiq etməkdir.


Proqram çərçivəsində görülən işlər:

müasir tədris metodikaları üzrə təlimlər və seminarlar;

liderlik və idarəetmə bacarıqları üzrə inkişaf sessiyaları;

təhsil texnologiyaları və innovasiyalar mövzusunda praktiki dərslər;

təcrübə mübadiləsi və şəbəkələşmə imkanları;


“Sinerji” proqramı, adından da göründüyü kimi, bilgi, təcrübə və əməkdaşlığın birləşərək daha böyük nəticələr yaratması prinsipinə əsaslanır.

“Spartakiada” sağlam həyat, güclü kollektivf39933e7-b2ca-4cdd-c065-08ddf10c8246

“Spartakiada” sağlam həyat, güclü kollektiv

 Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ) tərəfindən həyata keçirilən “Spartakiada” layihəsi təhsil işçilərinin sağlam həyat tərzini təşviq etmək, idman fəaliyyətlərinə marağını artırmaq və kollektiv ruhu gücləndirmək məqsədi daşıyır.

 

Layihənin məqsədi:

Təhsil işçiləri arasında fiziki sağlamlığı qorumaq, komanda işini inkişaf etdirmək və əmək mühitində sosial birliyi möhkəmləndirməkdir.

 

Fəaliyyət istiqamətləri:

müxtəlif idman növləri üzrə komanda və fərdi yarışlar;

sağlam həyat tərzi üzrə maarifləndirici sessiyalar;

iştirakçıların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi;

qaliblərin mükafatlandırılması və təşviq proqramları.


“Spartakiada” təhsil işçiləri arasında əməkdaşlıq, qarşılıqlı dəstək, dostluq və motivasiyanı artıran sosial platformadır. ETİHİ olaraq inanırıq ki, sağlam həyat tərzi uğurlu peşə fəaliyyətinin ayrılmaz hissəsidir.

“Ustad dərsi” layihəsi20857e41-d548-4d4f-c064-08ddf10c8246

“Ustad dərsi” layihəsi

“Ustad dərsi” layihəsi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirilir. Layihənin əsas məqsədi pedaqoji sahədə fərqlənən müəllimlərin bilik və bacarıqlarını həmkarları ilə bölüşmək, uğurlu təcrübələrin yayılmasını təmin etmək və təhsildə qarşılıqlı öyrənmə mühitini gücləndirməkdir.


Layihə 2024-cü ildən etibarən Bakı, Sumqayıt, Şəki, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində təşkil olunub. Növbəti mərhələlərdə digər şəhər və rayonlarda da dərs təqdimatlarının keçirilməsi planlaşdırılır. Eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanan dərslərin sayının artırılması və xarici ustadların iştirakı layihənin inkişaf istiqamətlərindəndir.


Hər bir bölgədə keçirilən dərslər müəllim ictimaiyyəti tərəfindən maraqla qarşılanıb və geniş auditoriyaya təqdim olunub. Layihə çərçivəsində həm yerli, həm də xarici ustad müəllimlər dərs təqdimatları ilə çıxış ediblər. Yerli müəllimlər pedaqoji fəaliyyətdə fərqlənən, təcrübəli və innovativ yanaşmaları ilə seçilən pedaqoqlardır. Onlar müxtəlif fənlər üzrə nümunəvi dərslər göstərərək həmkarlarına praktiki metodlar təqdim ediblər.


Layihəyə Türkiyədən dəvət olunmuş təhsil ekspertləri də qatılıb. Onlar çağdaş təlim texnologiyaları, dərsə innovativ yanaşmalar və müəllim inkişafı mövzularında təqdimatlar edərək beynəlxalq təcrübənin paylaşılmasına töhfə veriblər.


“Ustad dərsi” layihəsi təcrübə mübadiləsinə əsaslanan dəyərli bir platformadır. Bu təşəbbüs yalnız müəllimlərin peşəkar inkişafına deyil, həm də təhsil ictimaiyyətində həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmlənməsinə xidmət edir.

Düşərgələr – Zəfər düşərgəsi, Qış düşərgəsi, Novruz düşərgəsi54589995-0aec-4d7b-c063-08ddf10c8246

Düşərgələr – Zəfər düşərgəsi, Qış düşərgəsi, Novruz düşərgəsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ) üzvlərinin, onların ailələrinin, alimlərin, tələbələrin, baxça müəllimlərin, şəhid və qazi ailələrinin sağlam istirahətini və asudə vaxtlarını maraqlı, faydalı keçirməsini təmin etmək məqsədilə “Düşərgə” layihəsini həyata keçirir. Layihə müxtəlif yaş qruplarını və sosial kateqoriyaları əhatə edən düşərgə proqramlarından ibarətdir.


Alimlərin Zəfər düşərgəsi Zəfər Gününün ildönümünü elm ictimaiyyəti ilə birlikdə qeyd etmək, alimlərin sosial inteqrasiyasını gücləndirmək və vətənpərvərlik dəyərlərini təbliğ etmək məqsədilə təşkil olunur.


Qış düşərgəsi istirahəti, öyrənməni və sosiallaşmanı bir araya gətirən platformadır. Soyuq mövsümdə həm əyləncəli, həm də maarifləndirici tədbirlərlə iştirakçılara faydalı istirahət imkanı yaradır.


Novruz və Ramazan düşərgələri ailəvi birlik, milli dəyərlərin paylaşılması və xoş xatirələrin məkanı kimi yadda qalır. Bu düşərgələr üzvlərin və ailələrinin təhlükəsiz və səmərəli istirahətini təmin etmək, milli-mədəni dəyərlərin yaşadılması məqsədilə təşkil edilir. Düşərgəyə şəhid ailələri, təhsil işçiləri və tələbələr cəlb olunur.


Tələbələrin yay düşərgəsi ali və orta ixtisas təhsil müəssisələrində oxuyan ittifaq üzvü tələbələrin yay tətilini faydalı, əyləncəli və məhsuldar keçirməsinə şərait yaradır, onların intellektual, yaradıcılıq və sosial inkişafına dəstək olur.


“Düşərgə” layihəsi sağlam istirahəti, maarifləndirməni və milli-mənəvi dəyərlərin təbliğini birləşdirərək həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

"Bədii yaradıcılıq" müsabiqə-festivalıe7907912-4b32-4492-c05e-08ddf10c8246

"Bədii yaradıcılıq" müsabiqə-festivalı

“Bədii yaradıcılıq” müsabiqə-festivalı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ənənəvi yaradıcılıq platformasıdır. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunaraq ildə bir dəfə təşkil edilir.


Layihənin məqsədi:

Gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək;

Milli-mənəvi dəyərlərə bağlılığı artırmaq;

Tələbələrin bədii-estetik dünyagörüşünü inkişaf etdirmək;

Milli incəsənətə marağı artırmaq və mədəni həyat tərzini formalaşdırmaq;

Yaradıcı gənclərin istedadlarını üzə çıxarmaq və onların inkişafına dəstək vermək.


Festival ölkə üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əyani təhsil alan tələbələrini əhatə edir. İştirakçılar özfəaliyyət kollektivləri, dərnək və studiyalar, solo ifaçılar, bədii qiraətçilər, musiqiçilər, rəqs və vokal ifaçıları kimi müxtəlif kateqoriyalarda çıxış edə bilərlər.


Müsabiqə-festivalın mərhələləri:

I mərhələ: ali məktəb daxilində ilkin seçim mərhələsi;

II mərhələ: seçilmiş ifaçıların iştirak etdiyi regional və tematik mərhələlər;

III mərhələ: ölkə üzrə qaliblərin iştirak etdiyi yekun konsert.


Nominasiyalar:

·        Milli və dünya xalqlarının çalğı alətləri

·        Xor kollektivləri

·        Milli rəqs

·        Müasir rəqs

·        Bədii qiraət (klassik və müasir ədəbiyyat nümunələri)

·        Vokal (klassik, müasir və bəstəkar mahnıları)

·        Muğam

·        Xalq mahnıları

·        Aşıq mahnıları

 

Final mərhələsinə və yekun konsert proqramına keçən iştirakçılar ən yaxşı ifaçılar və kollektivlər arasından seçilir. Yekun konsertin nəticələrinə əsasən qaliblər müəyyən olunur və onlara müvafiq təltiflər təqdim edilir.


Minlərlə tələbəni əhatə edən “Bədii yaradıcılıq” müsabiqə-festivalı gənclər arasında istedadın üzə çıxarılması, milli mədəniyyətin yaşadılması və yaradıcı fəaliyyətə marağın artırılması baxımından əhəmiyyətli layihədir və gələcək illərdə də davam etdirilməsi planlaşdırılır.

“Ən yaxşı təqdimat” layihəsifc616769-f48e-4cd7-c060-08ddf10c8246

“Ən yaxşı təqdimat” layihəsi

“Ən yaxşı təqdimat” müsabiqəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan və onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin məktəblilər tərəfindən dərindən öyrənilməsini təşviq edən bilik və bacarıq yönümlü layihədir. Müsabiqə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilir və onların təqdimat bacarıqlarının inkişafı ilə yanaşı, vətənpərvərlik, liderlik və özünüifadə kimi vacib keyfiyyətlərin formalaşdırılmasına xidmət edir.


Elm və Təhsil Nazirinin müvafiq əmrinə əsasən təşkil olunan müsabiqə iki mərhələdə rayon (şəhər) və respublika səviyyəsində həyata keçirilir. İştirak etmək istəyən şagirdlər portal.edu.az platformasında yerləşdirilmiş “Müsabiqələr və olimpiadalar” bölməsi vasitəsilə qeydiyyatdan keçirlər və daha sonra yerli təhsili idarəetmə orqanlarının dəvəti ilə müsabiqəyə qoşulurlar.


Final mərhələsinə vəsiqə qazanan iştirakçılar barədə məlumatlar portal.edu.az platforması və əlaqə vasitələri üzərindən bildirilir. Bu mərhələdə iştirakçılar təqdimatlarını əvvəlcədən müəyyənləşdirilmiş meyarlar əsasında təqdim edir və qiymətləndirmə nəticəsində qaliblər müəyyən olunur.


Müsabiqənin nəticələrinə əsasən fərqlənən iştirakçılar diplom və qiymətli hədiyyələrlə təltif olunurlar.

2000-ci illərin əvvəllərindən mütəmadi keçirilən bu müsabiqə məktəblilər arasında çıxış bacarığının, analitik düşüncə tərzinin və ictimai fəallığın inkişaf etdirilməsinə yönəlmiş mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir və növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

“Sabahın alimləri” layihəsi1b853e28-9d87-45b7-c061-08ddf10c8246

“Sabahın alimləri” layihəsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) ölkəmizdə elmi yaradıcılığın inkişafına və gənc nəslin tədqiqat fəaliyyətinə cəlb edilməsinə xüsusi önəm verir. Bu məqsədlə “Sabahın alimləri” layihəsinin fəal tərəfdaşlarından biri kimi, təşəbbüsə həm təşkilati, həm də mənəvi dəstək göstərilir.

 

Layihənin məqsədi:

İstedadlı məktəblilərin elmi araşdırmalara marağını artırmaq;

Gənclərin tədqiqat və innovasiya bacarıqlarını formalaşdırmaq;

Beynəlxalq səviyyədə tanınacaq elm adamlarının yetişdirilməsinə şərait yaratmaq.

 

Əsas fəaliyyətlər:

Ümumtəhsil müəssisələrinin IX–XI sinif şagirdləri üçün elmi müsabiqələrin təşkili;

Tədqiqatçı şagirdlər üçün mentorluq, təlim və məsləhət proqramlarının həyata keçirilməsi;

Elmi layihələrin və innovasiya işlərinin sərgilənməsi;

Qalib iştirakçıların ABŞ-da keçirilən beynəlxalq Regeneron ISEF (International Science and Engineering Fair) müsabiqəsində ölkəmizi təmsil etməsi;

Təhsil sahəsində çalışan elmi rəhbərlərin və müəllimlərin təcrübə mübadiləsi aparması üçün Intel Təlim Akademiyası çərçivəsində seminarların təşkili.


Tarixi kontekst və beynəlxalq iştirak:

Azərbaycan Respublikası 2011-ci ildən ISEF proqramına qoşulmuşdur. 2012-ci ildən etibarən isə “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir. Müsabiqə 8 istiqaməti əhatə edir:

Riyaziyyat

Fizika və astronomiya

Kimya

Biologiya

Tibb və sağlamlıq

Ekologiya və ətraf mühitin idarə olunması

Mühəndislik

Kompüter elmləri


Müsabiqədə uğur qazanan məktəblilər dünya səviyyəli layihələrlə birlikdə ABŞ-da keçirilən beynəlxalq sərgidə iştirak edir və ölkəmizi təmsil edirlər.